Fəlsəfə
Bizim fəlsəfəmiz etik davranış, qarşılıqlı inam və birgə əməkdaşlıq üzərində qurulub. Davamlı inkişafı təmin etmək üçün biz bacarıqlarımızı nümayiş etdirir, sınaqdan keçirir, yenidən qiymətləndirir və mükəmməllik standartlarının səviyyəsini daima yüksəldirik.
Nobel Oil şirkətinin və müştərilərimizin uğuru, birgə istifadə edilən bacarıqlardan və bütün üzvlərin işə verdiyi töhfədən asılıdır.
Şirkət rəhbərliyinin məqsədi, hər bir işçinin malik olduğu bacarıqları nümayiş etdirən, biliklərini daha da zənginləşdirən və fəaliyyətini layiqincə qiymətləndirən iş mühiti formalaşdırmaqdır.
Şirkətin məqsəd və vəzifələri
Və gələcəkdə sahib olmaq istədiyi mövqe
Bizim məqsəd və vəzifələrimiz, nəzərdə tutulan işi müəyyən edilmiş büdcə çərçivəsində, vaxt itkisinə yol vermədən, müştərilərimizin və özümüzün keyfiyyət standartlarına uyğun olaraq və səmərəli qazanc əldə etməklə yerinə yetirməkdən ibarətdir.
Biz Nobel Oil şirkətini gələcəkdə ən yüksək texniki və təhlükəsizlik standartlarına uyğun şəkildə fəaliyyət göstərən Xəzər regionunun neft-qaz sektorunda ilk və ən yaxşı şirkət kimi güclü mövqelərə sahib olan bir şirkət kimi görmək istəyirik.
İş prinsipləri
Bizim iş prinsiplərimiz bunlardır:
Diqqəti müştəriyə yönəltmək
Yeniliklər tətbiq edərək çevik olmaq
Keyfiyyətli xidmət göstərmək
Hər bir işi təhlükəsiz yerinə yetirmək
Missiya
Nobel Oil təşkilatının üzvləri kimi bizim missiyamız, yüksək keyfiyyətli xidmətləri iqtisadi cəhətdən səmərəli və beynəlxalq standartlara tam cavab verən şəkildə göstərməklə rəqabətə davamlı üstünlük qazanmaqda müştərilərimizə kömək etməkdir.