“Nobel Oil” neft və qaz bazarında 1 iyun 2005-ci il tarixindən mövcud olan, neft – qaz yataqlarının kəşfiyyatı və hasilatı üzrə kompleks xidmətlər göstərən əməliyyat və servis şirkətidir. Müəssisə müştəri şirkətlərinə göstərilən mühəndis – texniki xidmətlərini, imkanlarını və fəaliyyət sahəsini durmadan genişləndirməklə uğurla inkişaf edir. Qazanılmış texniki və operativ təcrübəni iqtisadi cəhətdən səmərəli şəkildə tətbiq edərək, “Nobel Oil” mühəndislik, təchizat, qazma, tikinti və quraşdırma xidmətlərinin geniş spektrini təklif edir. Mütəxəssislərin yüksək peşəkarlığı, ən son texnologiyaların beynəlxalq standartlara tam cavab verməklə tətbiq edilməsi və üzərinə götürdüyü layihələrin iqtisadi cəhətdən səmərəli şəkildə yerinə yetirilməsi – bunların hamısı Nobel Oil şirkətinin mühəndislik, təchizat və tikinti xidmətlərini iqtisadi cəhətdən səmərəli şəkildə göstərən və dənizdə yerləşən neft – qaz yataqlarının işlənməsini həyata keçirən aparıcı şirkət kimi neft – qaz bazarında güclü mövqe qazanmasına öz töhfəsini verir. Bizim məqsədimiz – ən yeni texniki imkanları tətbiq etməklə neft-qaz yataqlarının işlənməsi ilə bağlı layihələndirmə, təchizat, istehsal, tikinti, buraxılış-sazlama və istismara vermə işlərinin iqtisadi cəhətdən səmərəli şəkildə yerinə yetirilməsindən ibarətdir.