1-4 iyun tarixlərində Azərbaycanın paytaxtında Xəzər regionunun neft və qaz sahəsinin ən iri tədbiri hesab olunan XVII Beynəlxalq “Xəzər, neft, qaz, neftayırma və neft kimyası – 2010” sərgi və konfransı keçirilmişdir. Təntənəli açılış mərasimində dövlət başçısı cənab İlham Əliyevin şəxsən iştirak etməsi, sərginin yüksək statusundan xəbər verir.
Bu il Xəzər Neft-Qaz Sərgisində dünyanın 26 ölkəsindən 280 şirkət iştirak etmişdir.
Eyni zamanda 2010-cu ilin Azərbaycanda “Ekologiya İli” elan olunmasını nəzərə alaraq alternativ enerji üzrə layihələr də nümayiş etdirildi.
Qeyd etmək zəruridir ki, sərgidən digər ən önəmli məqamlardan biri də Xəzər Neft və Qaz Konfransının keçirilməsi olmuşdur. Beynəlxalq sərgi və konfrans Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
Ənənəyə sadiq olaraq Nobel Oil şirkəti artıq beşinci ildir ki, “Xəzər Neft-Qaz 2010” dəyişməz iştirakçısı olmuş, XVII Beynəlxalq “Xəzər, neft, qaz, neftayırma və neft kimyası – 2010” sərgi və konfransının Gümüş sponsoru qismində çıxış etmiş və bu tədbirin təşkilatçıları tərəfindən xüsusi təşəkkürnaməyə layiq görülmüşdür.
