English version Azerbaijani
Nobel Oil
 
Webmail
AZ1004, Azərbaycan, Bakı
Neftçilər prospekti 89
Tel..: (99412) 437-26-20/21
Fax:      (99412) 437-26-19
Е-poçt:  office@nobeloil.com
Disclaimer | Copyright by NobelOil.
All rights reserved. 2010.
21/05/09
21/05/09

Beynəlxalq Xəzər Neft – Qaz Sərgi və Konfransı

2008 – ci ilin iyun ayı neft və qaz sənayesi üçün Bakıda keçirilən neft-qaz sərgi və konfransının 15 illik yubileyi ilə əlamətdar oldu. İldən ilə bu tədbir daha böyük əhəmiyyət kəsb edir və bu özünü daha çox  iştirakçıların sayının artmasında və onların adıçəkilən tədbirə əhəmiyyətli dərəcədə hazırlaşmasında özünü biruzə verir. Bizim də şirkətimiz – “Nobel Oil” bu tədbiri və layiqli çıxışını əhəmiyyətli və çox mühüm hesab edir.
İllik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – neft və qaz sektorunda fəaliyyət göstərən müxtəlif şirkətlər üçün özlərini rəqabətə davamlı və neft və qaz bazarının müasir tələblərinə cavab verən şirkət kimi təqdim etmək imkanıdır.
“Nobel Oil” şirkətinin Xəzər Neft – Qaz Konfransında sponsor kimi iştirakını qeyd etmək çox xoşdur. Bu tədbir Şirkətə dünyanın hər yerindən təşrif buyurmuş perspektivli müştərilərlə görüşmək imkanı verdi.
Beynəlxalq Xəzər Neft – Qaz Sərgi və Konfransının mükafatlandırma mərasimi 6 İyun, 2008 – ci il tarixində keçirilmişdir. Ölkədə biznesin inkişafına müsbət təsir etdiyinə görə “Nobel Oil” şirkətinə mükafat verilib.